...

May ayında Azərbaycan Vergilər Nazirliyinin telefon xidmətinə 19 minə yaxın müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 15:23 (UTC +04:00)
2012-ci ilin may ayı ərzində Azərbaycan Vergilər Nazirliyinin 195 Telefon Məlumat Xidmətinə 18 973 müraciət daxil olub.
May ayında Azərbaycan Vergilər Nazirliyinin telefon xidmətinə 19 minə yaxın müraciət daxil olub

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin may ayı ərzində Azərbaycan Vergilər Nazirliyinin 195 Telefon Məlumat Xidmətinə 18 973 müraciət daxil olub. Bu barədə cümə günü Trend-ə nazirliyin Analitik-informasiya şöbəsindən məlumat verilib.

"Müfəttiş operatorlar tərəfindən canlı rejimdə 9230, avtomatik rejimdə elektron operator tərəfindən 9743 müraciət cavablandırılıb. 35268 vergi ödəyicisi mesaj göndərilməklə məlumatlandırılıb. 2011-ci ilin may ayı ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 24,8 faiz artıb", - məlumatda bildirilir.

Hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (25,9 faiz), qeydiyyat (19,3 faiz), vergilərin növləri (14,8 faiz), büdcə, vergi ödəyiciləri və vergi orqanının rekvizitləri (11 faiz), hesabatlar və onların doldurulma qaydaları (4,9 faiz) barədə məlumat əldə etmək istəyiblər. Avtomatik rejimdə cavablandırılmış suallar, əsasən, vergi növləri və dövlət büdcəsinə olan vergi borcları ilə bağlı olub.

"Canlı rejimdə cavablandırılan sualların 98,7 faizinə müfəttiş-operatorlar dərhal, 1,3 faizinə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab verilib. Operatorlarla ilk telefon əlaqəsindən sonra sualların tam cavablandırılması səviyyəsi 92,9 faiz, müraciət edənlərin razı qalma səviyyəsi isə 98,3 faiz təşkil edib. Sualların 83,4 faizi Bakı şəhərindən, 11,9 faizi mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub", - məlumatda qeyd edilir.

Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 58 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.

Xəbər lenti

Xəbər lenti