...

Azərbaycanda nəqliyyat vasitələrinin üzərində qeyri-etik reklam yayımı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 16:42 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqlərini davam etdirir.
Azərbaycanda nəqliyyat vasitələrinin üzərində qeyri-etik reklam yayımı aşkar edilib

Azərbaycan, Bakı, 8 iyun /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, aparılan monitorinqlər zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayonda Südabə Əsgərovaya məxsus və Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsi, 94 ünvanında Aydın Əzizova məxsus mağazaların fasad vitrinlərində yayımlanan reklamlarda, eləcə də "Dinçer@Carçıoğlu" birgə müəssisənin sifarişi əsasında Bakı şəhərində fəaliyyət göstərən nəqliyyat vasitələrinin üzərində yayımlanan "Mr.Ricco" adlı məhsulların reklamlarında qanunvericiliyin tələblərinə əməl edilmədiyi - reklamlarda qanunvericiliyə zidd olaraq "ən" terminindən istifadə olunduğu aşkarlanıb.

Dövlət Xidmətinin gördüyü tədbirlər nəticəsində qeyd olunan reklamların yayımı qanunvericiliyin tələblərinə uyğunlaşdırılıb.

Bundan başqa, monitorinqlər zamanı Bakı şəhərində sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrinin üzərində "Lactacyd" adlı məhsulların Azərbaycan cəmiyyətinin əxlaq normalarına zidd olan təsvirdən istifadə edilməklə hazırlanmış qeyri-etik reklamının yayımlandığı aşkar edilib və Dövlət Xidməti tərəfindən həmin reklamın yayımı dayandırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam sifarişçiləri, istehsalçıları və yayıcılarına "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti