...

Azərbaycan gömrüyü dövlət büdcəsinə ödənişlər üzrə illik proqnozun 40 faizini yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2012 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) may ayında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 101,8 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi komitənin saytında dərc edilən məlumatda deyilir.

Mayda gömrük rüsumlarından daxilolmalar 22,06 milyon manat, idxal edilən malların ƏDV-si üzrə 71,59 milyon manat, aksizlər üzrə 6,37 milyon manat, yol vergisi üzrə isə 1,79 milyon manat təşkil edib.

Ümumilikdə 5 ay ərzində DGK-dan dövlət büdcəsinə ödənişlər 454,94 milyon manat olub.

2011-ci il üçün DGK xətti ilə 1,14 milyard manat həcmində ödənişlər proqnozu yerinə yetirilib. 2012-ci il üçün proqnoz 1,2 milyard manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti