...

Azərbaycanın qeyri-neft sektoru vergi yığımlarının 52 faizini təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2012 19:50 (UTC +04:00)
2012-ci ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2 milyard 577 milyon 132,5 min manat təşkil edib.
Azərbaycanın qeyri-neft sektoru vergi yığımlarının 52 faizini təmin edib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2 milyard 577 milyon 132,5 min manat təşkil edib.

Nazirliyin Analitik-informasiya şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, vergi daxilolmalarının 41,3 faizi mənfəət vergisinin, 22,9 faizi əlavə dəyər vergisinin, 11,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 6,9 faizi aksizlərin, 17 faizi isə digər vergilərin payına düşür.

Qeyri neft-qaz sektoru üzrə 1 milyard 354 milyon 256 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz çoxdur.

Yanvar-may aylarında respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 32 min 256, 2011-ci ilin iyul ayının 1-dən cari ilin iyun ayının 1-dək elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 30 min 82 olub. 1 iyun 2012-ci il tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 447 min 349 olub.

2012-ci ilin yanvar-may ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,8 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti