...

"Bank of Baku" tibb işçiləri üçün kredit faizini azaldır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2012 18:34 (UTC +04:00)
Azərbaycan tibb işçilərinin peşə bayramı ilə əlaqədar "Bank of Baku" güzəştli kredit kampaniyası elan edib.
"Bank of Baku" tibb işçiləri üçün kredit faizini azaldır

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycan tibb işçilərinin peşə bayramı ilə əlaqədar "Bank of Baku" güzəştli kredit kampaniyası elan edib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Kampaniyanın şərtinə əsasən, "Bank of Baku" Azərbaycan səhiyyə sisteminin işçiləri üçün istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 3 faizlik endirimə başlayır. Avtomobil, ipoteka və əmanətə bağlı kreditlər bu kampaniyaya şamil olunmur.

Kreditin maksimal məbləği 5000 manat təşkil edir. "Bank of Baku" ilə razılaşması olan bir çox tibb müəssisənin işçiləri, habelə bankın təkrar müştəriləri bu kampaniyadan arayışsız faydalana bilər. 13 iyun tarixindən etibarən start götürən kampaniya 31 iyul tarixinədək davam edəcək.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"nun Məlumat Mərkəzi olan 145 nömrəsinə zəng etmək, habelə bankın sosial şəbəkə səhifəsini ziyarət edib istənilən sualı vermək olar - www.facebook.com/bankofbaku.com.

Xəbər lenti

Xəbər lenti