...

Azərbaycan ərzaq təhlükəsizliyini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2012 18:49 (UTC +04:00)
Bu gün Azərbaycanda buğda və ətə tələbatın 80 faizi daxili istehsal hesabına ödənilir. Bu barədə çərşənbə axşamı Trend-ə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.
Azərbaycan ərzaq təhlükəsizliyini artırır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Ə.Həsənov/

Bu gün Azərbaycanda buğda və ətə tələbatın 80 faizi daxili istehsal hesabına ödənilir. Bu barədə çərşənbə axşamı Trend-ə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə 8,8 faiz daha çox məhsul - 2011-ci ildəki 2,49 milyon tona qarşı 2,71 milyon ton məhsul əldə etmək planlaşdırılır.

"Hər hektardan məhsuldarlıq 2011-ci ildəki 25 sentnerdən 27 sentnerədək artıb", - nazir müavini deyib.

Əliyevin sözlərinə görə, 2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına görə, respublika 2015-ci ilədək daxili mənbələr hesabına özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməlidir və bu istiqamətdə çox intensiv işlər aparılır.

Nazir müavininin sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən kənd təsərrüfatı istehsalçılarına torpağın hər hektarına görə ayrılan subsidiyaların məbləği 200 dollara yaxın təşkil edir.

Xəbər lenti

Xəbər lenti