...

Azərbaycanın sərinləşdirici içkilər bazarında monitorinqlər davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2012 19:05 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində "Aslan" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Evrika" əmtəə nişanlı düşes və tərxun sərinləşdirici içkilərinin saxlama müddətinin normativ texniki sənədlərlə təyin edilmiş müddətdən artıq göstərildiyi, habelə sərinləşdirici içkilərin etiketində onların tərkibinə daxil olan konservantlar barədə məlumatın göstərilmədiyi aşkar edilib.
Azərbaycanın sərinləşdirici içkilər bazarında monitorinqlər davam etdirilir

Azərbaycan, Bakı, 12 iyun /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində "Aslan" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Evrika" əmtəə nişanlı düşes və tərxun sərinləşdirici içkilərinin saxlama müddətinin normativ texniki sənədlərlə təyin edilmiş müddətdən artıq göstərildiyi, habelə sərinləşdirici içkilərin etiketində onların tərkibinə daxil olan konservantlar barədə məlumatın göstərilmədiyi aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bundan başqa, yoxlama zamanı albalı və şaftalı nektarlarının etiketlərində məhsulun xaricdə istehsalı barədə istehlakçıda yanlış təəssürat yaradan "Twitter cherry nectar", "Omega cherry nectar", "Goldstar peach nectar", "Gold star cherry nectar" sözlərinin qeyd olunduğu müəyyən edilib.

Qanun pozuntuları ilə əlaqədar, düşes və tərxun sərinləşdirici içkilərinin, albalı və şaftalı nektarlarının istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən "Aslan" MMC-yə icrası məcburi göstəriş verilib.

Həmçinin, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 32a ünvanında Əlif İbrahimova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı isə "Efford" düşes və tərxun sərinləşdirici içkilərinin saxlama müddətinin normativ texniki sənədlərlə təyin edilmiş müddətdən artıq göstərildiyi, habelə sərinləşdirici içkilərin etiketində onların tərkibinə daxil olan konservantlar barədə məlumatın göstərilmədiyi aşkar edilib.

Bundan başqa, yoxlama zamanı "Efford" əmtəə nişanlı şaftalı nektarlarının etiketlərində məhsulun xaricdə istehsalı barədə istehlakçıda yanlış təəssürat yaradan "Efford" peach nectar, "100% minimum of fruit content" sözlərinin qeyd olunduğu müəyyən edilib.

Müəssisənin anbarında aşkar edilmiş satışa hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Qanun pozuntuları ilə əlaqədar, sərinləşdirici içkilərin istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Əlif İbrahimova icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti