...

Füzuli rayonunun inkişafı üzrə investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2012 11:50 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Füzuli rayonunda prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan investisiya layihələrinin qəbulunu elan edib.
Füzuli rayonunun inkişafı üzrə investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Füzuli rayonunda prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan investisiya layihələrinin qəbulunu elan edib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iyunun 8-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə danışıqlar aparılıb. Nəticədə iqtisadiyyatın inkişafı üçün aşağıdakı prioritet istiqamətlər müəyyənləşdirilib:

- müasir çörək istehsalı müəssisəsinin yaradılması;
- müasir süd emalı müəssisəsinin yaradılması;
- kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması;
- müasir üzüm emalı müəssisəsinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün SKMF-yə müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 434-74-29; Faks: (012) 432-37-17; e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti