...

Bank of Baku-nun kredit kartlarının sayı 60 mini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2012 12:45 (UTC +04:00)
Pərakəndə bankçılıq sahəsində aparıcı mövqelərə sahib olan Bank of Baku-nun kredit kart məhsulları bazarında toplam kartlarının sayı 60 000-i aşıb.
Bank of Baku-nun kredit kartlarının sayı 60 mini ötüb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Pərakəndə bankçılıq sahəsində aparıcı mövqelərə sahib olan Bank of Baku-nun kredit kart məhsulları bazarında toplam kartlarının sayı 60 000-i aşıb.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, hazırda bu kartlar vasitəsilə müxtəlif çeşidli mal və xidmətlərdən bəhrələnmək mümkündür. Belə ki, "Bank of Baku" hissə-hissə ödəniş layihəsi çərçvəsidə "IDEAL perfumery&cosmetics" şirkəti ilə birgə artıq 21 000-ə yaxın kobrend kartı dövriyyəyə buraxıb. Artıq on minlərlə şəxs ən müasir parfümeriya məhsullarını məhz kredit kartla əldə edir.

Ötən ilin sonu isə "Bank of Baku" Bolkart kredit kartını dövriyyəyə buraxdı. Alınan malın dəyərini aylara bölüb hissə-hissə ödəməyə imkan verən Bolkartı bu qısa müddət ərzində artıq 19 000-dən çox şəxs əldə edib və bu rəqəm mütəmadi şəkildə artır. Bu gün Bolkartla ölkəmizin 300-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Bu kredit kartı ilə adlı-sanlı geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, həmçinin restoran və supermarketlərdə istifadə etmək olar. Lakin Bolkart sahibləri yalnız alış-veriş etməklə kifayətlənmir. Onlar, həmçinin kartlarını vaxtaşırı nağdlaşdırma imkanını da əldə edir. Bu gün Bolkartla 65 000-ə yaxın əməliyyat həyata keçirilib.

"Bank of Baku" digər tərəfdaşı olan MYBRAND'S geyim mağazaları ilə bərəbər bir müddət öncə yeni bir "Hissə-Hissə" kredit kartını təqdim edib. Beləliklə, indi minlərlə kart sahibi dünya şöhrətli geyim brendlərini alıb 12 aya qədər faizsiz və hissə-hissə ödəmə imkanına malikdirlər.

Bank of Baku-nun innovativ kart məhsulları sırasına daxil olan ən son yeniliyi isə "Dostlar klubu" layihəsi çərçivəsində verilən imtiyazlı kartlardır. "Bank of Baku" ilə 12 ay və daha çox müddət əməkdaşlıq edən müştərilərə verilən Gümüş, Qızıl və Brilyant kartlar sayəsində onlar az komissiya haqqı ödəmək, sərfəli faizlə 5000 manata qədər kredit götürmək imkanına, habelə təcili hallar üçün ekspress kredit xəttinə yiyələnirlər. Qısa müddət ərzində bu kartlar minlərlə müştəriyə paylanılıb və onlar bu güzəştlərdən bəhrələnməkdədir.

Müştəriləri yeni xidmətləri ilə məmnun etməyə çalışan "Bank of Baku" cari ilin ikinci yarısı ərzində irimiqyaslı digər bir kart layihəsinə start verəcək. Layihə üzərində işlər başa çatan kimi istehlakçılara bu barədə geniş və ətraflı məlumat ötürüləcək.

Bu arada marketinq araşdırmaları sahəsində nufuzlu nəşr olan "Facemark"ın bu yaxınlarda keçirdiyi bank sorğusunda "Bank of Baku" Facebook istifadəçilərinin ən çox səsini toplayan bank olub. "Hansı bankın fəaliyyətini daha çox bəyənirsiniz" sualına cavab verənlərin 30,2%-i Bank of Baku-nun adını çəkib. "Bank of Baku" habelə bir sıra digər rəy mərkəzlərinin sorğularında ön mövqelərdə qərarlaşıb. Bank bütün bu rəy sorğularındakı birinciliyi istehlakçılara yönəlmiş məhsul və xidmətlərin təkmilləşdirilməsinə müştərilərin müsbət reaksiyası kimi dəyərləndirir.

Bank of Baku-nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda, http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək olar.

Xəbər lenti

Xəbər lenti