...

2013-cü ildə Azərbaycanda bütün avtomagistrallarda rahat gediş-gəliş təmin olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2012 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir A.Axundov/

"Аzəryolservis" ASC (Azərbaycanda yolların tikintisi və istismarı) Gürcüstan, Rusiya və İran sərhədinə qədər magistral yolların tikintisi işlərini başa çatdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ASC-nin rəhbəri Cavid Qurbanov məlumat verib.

"Gələn ilin ortalarınadək Rusiya istiqamətində yeni yolun mövcud dördzolaqlı yolla birləşdirilməsini təmin edəcəyik. Gürcüstan istiqamətində artıq 130 kilometrlik dördzolaqlı yolun bir hissəsi salınıb, 260-270 kilometrlik hissə qalıb və burada işlər davam etdirilir. Cənub istiqamətində artıq 51 kilometrə yaxın yol salınıb, həm Lənkəranda, həm də Kür çayı üzərindən körpülər tikilir. Eləcə də İmişli istiqamətində 112 kilometrlik yolda bərpa və tikinti işləri aparılır", - Qurbanov deyib.

Onun sözlərinə görə, bütün istiqamətlərdə işlərin görülməsi üçün maliyyələşdirmə mənbələri tapılıb və sazişlər imzalanıb.

"Məqsədimiz 2013-cü ilin ortalarınadək bütün magistral xətlərdə rahat gediş-gəlişi təmin etməkdir", - Qurbanov bildirib.

Xəbər lenti

Xəbər lenti