...

Azərbaycanda 351,4 min hektar sahədə yazlıq bitkilər əkilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2012 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanda may ayında yaz-tarla işləri davam etdirilərək iyun ayının 1-nə kimi 351,4 min hektar sahədə yazlıq bitkilər əkilib. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin statistik hesabatında deyilir.

O cümlədən 29,1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 33,7 min hektar sahədə dən üçün qarğıdalı, 65,3 min hektar sahədə kartof, 73,1 min hektar sahədə tərəvəz, 29,3 min hektar sahədə pambıq çiyidi, 28,2 min hektar sahədə bostan bitkiləri, 3,7 min hektar sahədə şəkər çuğunduru, 9,5 min hektar sahədə dən üçün günəbaxan və 1,5 min hektar sahədə tütün əkilib.

Ölkədə əsas bitkiçilik məhsullarının yığımına başlanıb. Sahələrdən 49,3 min ton və ya keçən ilə nisbətən 1,2 faiz çox kartof, 71,8 min ton və ya 10,3 faiz çox tərəvəz, 7,3 min ton və ya 52,8 faiz çox meyvə və giləmeyvə yığılıb, çay plantasiyalarından 237,8 ton, yaxud 13,8 faiz az yaşıl çay yarpağı toplanıb.

Havaların isti keçməsi ilə əlaqədar cari ildə taxıl biçininə bir qədər tez başlanılıb və iyunun 1-i vəziyyətinə 19,1 min hektar sahədən 47,5 min ton taxıl məhsulu götürülüb.

Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 173,2 min tona, süd istehsalı 7,2 faiz artaraq 699,6 min tona, yumurta istehsalı 12.2 faiz artaraq 495,2 milyon ədədə çatıb, ötən ildəkindən 5,8 faiz çox və ya 12,7 min ton yun qırxılıb.

2011-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 23,1 faiz, heyvandarlıq məhsulları istehsalı 5,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 7,1 faiz artıb.

Xəbər lenti

Xəbər lenti