...

Bakının bir sıra rayonlarına içməli suyun verilişində məhdudiyyətlər olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 13:05 (UTC +04:00)
"Azərsu" ASC abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti boyunca çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması üzrə işlər aparır.
Bakının bir sıra rayonlarına içməli suyun verilişində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Ə.Həsənov/

"Azərsu" ASC abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti boyunca çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması üzrə işlər aparır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASC-nin yaydığı məlumatda deyilir.

Bununla əlaqədar iyun ayının 14-15-də paytaxtın Yasamal və Səbail rayonlarının bəzi yerlərinə - Mətbuat və Parlament prospektlərinə, Zahid Xəlilov küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti