...

Bakıda Rusiya-Azərbaycan biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 14:23 (UTC +04:00)
İyunun 19-da Kabardin-Balkar Respublikası hökumətinin sədr müavini Kazım Uyanayevin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Bakıda Azərbaycan-Rusiya işgüzar görüşünün keçirilməsi nəzərdə tutulur.
Bakıda Rusiya-Azərbaycan biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Ə.Həsənov/

İyunun 19-da Kabardin-Balkar Respublikası hökumətinin sədr müavini Kazım Uyanayevin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Bakıda Azərbaycan-Rusiya işgüzar görüşünün keçirilməsi nəzərdə tutulur.

Trend-in AZPROMO-nun saytına istinadən yaydığı məlumata görə, biznes forumda sanatoriya-kurort, sənaye, metallurgiya, maşınqayırma və tikinti üçün cihaz və alətlərin istehsalı, rentgen aparatlarının istehsalı və digər sektorları təmsil edən Kabardin-Balkar iş adamları, həmçinin respublika nazirlərinin əksər hissəsi iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti