...

FAO-nun Bakıda əlaqələndirmə ofisinin açılması üzrə danışıqlar aparılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 14:24 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov 11-15 iyun tarixlərində İtaliyanın Roma şəhərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Şurasının 144-cü sessiyası zamanı 2012-ci ilin 17-20 aprel tarixlərində Bakıda keçirilmiş FAO-nun Avropa üzrə 28-ci regional konfransının hesabatını həmin konfransın sədri qismində sessiya iştirakçılarına təqdim edib, hesabat müzakirə edildikdən sonra FAO Şurasının iştirakçıları tərəfindən yüksək səviyyədə qəbul edilib.
FAO-nun Bakıda əlaqələndirmə ofisinin açılması üzrə danışıqlar aparılıb

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov 11-15 iyun tarixlərində İtaliyanın Roma şəhərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Şurasının 144-cü sessiyası zamanı 2012-ci ilin 17-20 aprel tarixlərində Bakıda keçirilmiş FAO-nun Avropa üzrə 28-ci regional konfransının hesabatını həmin konfransın sədri qismində sessiya iştirakçılarına təqdim edib, hesabat müzakirə edildikdən sonra FAO Şurasının iştirakçıları tərəfindən yüksək səviyyədə qəbul edilib.

Kənd Təsərrüfatı Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, sessiya çərçivəsində digər məsələlərlə yanaşı, təşkilatın 2010-2011-ci illər üzrə hesabatının, 2012-2013-cü illər üzrə iş proqramı və büdcə məsələlərinin müzakirəsi aparılıb.

Abasov FAO-nun baş direktoru Jose Qratsiano da Silva ilə ikitərəfli görüş keçirib. Görüş zamanı Azərbaycan hökumətinin dəstəyi ilə FAO tərəfindən Azərbaycanda həyata keçirilən layihələr və onların nəticələri, habelə təşkilat tərəfindən həyata keçiriləcək layihələrin əhatə edəcəyi prioritet sahələr və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

Görüş zamanı tərəflər arasında, həmçinin, FAO-nun Bakıda əlaqələndirmə ofisinin açılması məsələsi üzrə danışıqlar aparılıb, bu məqsədlə FAO missiyasının Azərbaycana səfər etməsi ilə bağlı müzakirələr aparılıb.

Səfər çərçivəsində nazir İsmət Abasovun Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) prezidenti Kanayo Nvanze, İtaliyanın kənd təsərrüfatı, ərzaq və meşəçilik siyasəti naziri Mario Kataniya və kənd təsərrüfatı məhsullarının istehsalı və qida sənayesi sahələri üzrə bir neçə iş adamı ilə görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti