...

Azərbaycanın sığorta şirkəti kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 14:51 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "AzSığorta" sığorta şirkətinin sadə, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın sığorta şirkəti kapitalını artırır

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "AzSığorta" sığorta şirkətinin sadə, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QKDK-nin yaydığı məlumatda deyilir.

Yerləşdirmə 198597,18 manat nominallı 100 səhmin, 203000 manatlıq elə həmin həcmdə səhmin konvertasiya yolu ilə həyata keçiriləcək.

Beləliklə, şirkətin nizamnamə kapitalı 19,86 milyon manatdan 20,3 milyon manata çatacaq.

"AzSığorta" sığorta şirkəti Azərbaycan bazarında 2006-cı ilin noyabrından fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti