...

Azərbaycanda su təchizatı sahəsində çalışan mütəxəssislər üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 20:18 (UTC +04:00)
"Azərsu" ASC-nin Tikinti Departamenti və Layihə İdarəetmə Qrupu, eləcə də Səhmdar Cəmiyyətin sifarişi ilə həyata keçirilən beynəlxalq layihələrdə çalışan mütəxəssislər üçün treninq keçirilib.
Azərbaycanda su təchizatı sahəsində çalışan mütəxəssislər üçün treninq keçirilib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

"Azərsu" ASC-nin Tikinti Departamenti və Layihə İdarəetmə Qrupu, eləcə də Səhmdar Cəmiyyətin sifarişi ilə həyata keçirilən beynəlxalq layihələrdə çalışan mütəxəssislər üçün treninq keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASC-nin yaydığı məlumatda deyilir.

"İçməli su və çirkab su sistemlərinin tikinti üsulları və tətbiqi texnologiyaları" mövzusunda təşkil olunan təlimdə içməli və çirkab su xətlərinin tikintisi, dolğu və möhkəmləndirmə, qaynaq əməliyyatları, sağlamlıq və əməyin təhlükəsizliyi məsələləri ətraflı izah olunub, yeni texnologiyalar barədə məlumat verilib.

Təlimdə içməli, çirkab və yağış sularının axıdılması üçün şəbəkələrin yaradılması, boruların seçilməsi meyarları, eləcə də istifadə olunan avadanlıqlar barədə ətraflı məlumat verilib.

Xəbər lenti

Xəbər lenti