...

Xorvatiyada Azərbaycan üçün dəmir yol bərəsi suya salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyun 2012 14:46 (UTC +04:00)
Xorvatiyanın “Ulyanik” gəmi tərsanəsində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (KASPAR) üçün tikilmiş “Balakən” dəmir yol bərəsinin təntənəli suyasalınma mərasimi keçirilib. Bu barədə Trend-ə cümə günü Gəmiçiliyin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov məlumat verib.
Xorvatiyada Azərbaycan üçün dəmir yol bərəsi suya salınıb

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir S.Əliyev/

Xorvatiyanın "Ulyanik" gəmi tərsanəsində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (KASPAR) üçün tikilmiş "Balakən" dəmir yol bərəsinin təntənəli suyasalınma mərasimi keçirilib. Bu barədə Trend-ə cümə günü Gəmiçiliyin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov məlumat verib.

Onun sözləriknə görə, suyasalınma mərasimində KASPAR-ın rəisi Aydın Bəşirovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Bundan əvvəl, mayın 10-da "Ulyanik"də "Bərdə" bərəsinin suyasalınma mərasini keçirilib.

Hər iki bərə Azərbaycana ilin sonunadək gələcək.

Bir gəminin tikintisinin dəyəri 22 milyon avro təşkil edir. Maliyyələşdirmə respublikanın dövlət büdcəsindən həyata keçirilib. Gəmilər yaxşılaşdırılmış konstruksiyaya malikdirlər. Bununla yanaşı, həmin bərələrin vaqon qəbuletmə imkanları 54 ədədək artırılacaq.

2011-ci ilin mayhında Azərbaycan və Xorvatiya arasında 2+3 sxemi üzrə bərələrin tikintisi haqqında müqavilə imzalanıb. Daha üç bərə sifariş etmək hüququnu Xəzər Dəniz Gəmiçiliyi özündə saxlayır.

Xəbər lenti

Xəbər lenti