...

İlin əvvəlindən Azərbaycanda təqribən 7 min gömrük qanun pozuntusu qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2012 11:22 (UTC +04:00)
2012-ci ilin yanvar-may aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) cinayət xarakterli 112 fakt qeydə alıb.
İlin əvvəlindən Azərbaycanda təqribən 7 min gömrük qanun pozuntusu qeydə alınıb

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir A.Axundov/

2012-ci ilin yanvar-may aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) cinayət xarakterli 112 fakt qeydə alıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü DGK-nın yaydığı məlumatda deyilir.

Məlumata əsasən, 73 fakt qaçaqmalçılıqla, onlardan 31-i isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Hesabat dövründə 4,34 kiloqram narkotik vasitə, 6,18 kiloqram psixotrop maddələr müsadirə edilib. Həmçinin, gömrük ödənişlərindən yayınma ilə bağlı 3 fakt qeydə alınıb.

Bu faktlar üzrə yanvar-may aylarında şübhəli şəxs qismində 130 nəfər saxlanılıb.

Hesabat dövründə, həmçinin 6820 inzibati qanun pozuntusu faktı aşkar edilib, onlardan 57-si qanunsuz keçirməyə cəhd, 155-i əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti