...

Azərbaycanda iqtisadiyyatın bütün sahələrində standartlar üzərində nəzarət gücləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2012 16:51 (UTC +04:00)
Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin işə başlamasından sonra bütün sahələrdə standartlar üzərində müşahidə gücləndiriləcək.

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Ə.Həsənov/

Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin işə başlamasından sonra bütün sahələrdə standartlar üzərində müşahidə gücləndiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

"Hazırda iqtisadiyyatın müxtəlif sahələrində standartlar üzərində nəzarətlə bağlı çatışmazlıqlar mövcuddur və bununla əlaqədar qarşımızda dayanan tapşırıqlar həll ediləcək", - Həsənov deyib.

Onun sözlərinə görə, neft-qaz, kənd təsərrüfatı, tikinti, turizm, qida sənayesi və digər sahələrdə yeni beynəlxalq standartlar qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti