...

"DəmirBank" dövlət qulluqçuları üçün güzəştli kredit kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2012 14:28 (UTC +04:00)
"DəmirBank" 23 İyun - Dövlət qulluqçularının peşə bayramı münasibətilə güzəştli kredit kampaniyasına başlayıb. Qeyd edilən kampaniya 31 iyul 2012-ci ilədək davam edəcək.
"DəmirBank" dövlət qulluqçuları üçün güzəştli kredit kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"DəmirBank" 23 İyun - Dövlət qulluqçularının peşə bayramı münasibətilə güzəştli kredit kampaniyasına başlayıb. Qeyd edilən kampaniya 31 iyul 2012-ci ilədək davam edəcək.

Bankdsan bazar ertəsi Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində dövlət qulluqçularına (daxili işlər, ədliyyə, vergi, xarici işlər, gömrük və s. dövlət qurumlarında işləyənlərə) bankın kredit məhsulları üzrə (ipoteka, avtomobil, biznes və tərəfdaşlarla kreditlə satış istisna) faiz dərəcəsində 3% güzəşt tətbiq olunur. Bundan əlavə, bu kampaniya üzrə müştərinin həyat və qabiliyyətinin bankın xeyrinə sığortalanması tələb edilmir.

"DəmirBank əhalinin müxtəlif təbəqələri üçün mütəmadi olaraq güzəştli kampaniyalar həyata keçirir. Ötən həftə səhiyyə işçilərinə, bu dəfə isə 23 İyun - Dövlət qulluqçuları günü münasibətilə kredit məhsullarına 3% endirim tətbiq edirik. Fürsətdən istifadə edərək, dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edir və onlara yeni uğurlar arzulayırıq", - bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" mütəmadi olaraq müxtəlif xidmətlər üzrə kampaniyalar keçirir. Bank müştərilər üçün 8 Mart - Beynəlxalq Qadınlar Günü, Neftçilər Günü, Rabitəçilər Günü, Səhiyyə İşçiləri Günü, Dövlət Qulluqçuları Günü, Müqəddəs Ramazan və Qurban Bayramları münasibətilə güzəştli aksiyalar keçirib.

Bankın müxtəlif xidmətləri və kampaniyaları barədə ətraflı məlumat əldə etmək üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Xəbər lenti

Xəbər lenti