...

"Təmiz Şəhər" ASC növbəti mühazirələr keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2012 15:40 (UTC +04:00)
"Təmiz Şəhər" ASC gənc nəslin ekoloji maarifləndirilməsi və tərbiyəsi məqsədilə 2010-cu ildən başlayaraq Azərbaycan Dövlət Neft Akademiyası ilə əməkdaşlıq edir.
"Təmiz Şəhər" ASC növbəti mühazirələr keçirib

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Təmiz Şəhər" ASC gənc nəslin ekoloji maarifləndirilməsi və tərbiyəsi məqsədilə 2010-cu ildən başlayaraq Azərbaycan Dövlət Neft Akademiyası ilə əməkdaşlıq edir.

ASC-nin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu əməkdaşlığın davamı olaraq may ayında Azərbaycan Dövlət Neft Akademiyasının "Dağ-mədən mühəndisliyi" ixtisasının və "Tempus" proqramı çərçivəsində "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə təhsil alan tələbələrinə "Təmiz Şəhər" tərəfindən "Bərk məişət tullantılarının idarə olunması" mövzusunda mühazirələr oxunulub. Mühazirələr tələbələrin böyük marağına səbəb olub.

Qeyd edək ki, gələcəkdə tədris olunan mühazirələrin effektivliyinin artırılması məqsədilə "Təmiz Şəhər" ASC tərəfindən "Faydalı qazıntı yataqlarının işlənilməsi kafedrası"na 1 ədəd noutbuk hədiyyə edilib.

Bu cür səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti