...

"Fitch" "Azərbaycan Dəmir Yolları"na "BBB-" səviyyəsində uzunmüddətli reytinq verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2012 11:57 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-yə "BBB-" səviyyəsində emitentin defoltunun uzunmüddətli reytinqini verib.
"Fitch" "Azərbaycan Dəmir Yolları"na "BBB-" səviyyəsində uzunmüddətli reytinq verib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir A.Axundov/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-yə "BBB-" səviyyəsində emitentin defoltunun uzunmüddətli reytinqini verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı agentliyin yaydığı məlumatda deyilir.

Reytinq üzrə proqnoz "Sabit"dir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin reytinqi yüz faizlik səhmdarı olan Azərbaycanın suveren reytinqi ilə ("BBB-"/"Sabit" proqnoz) bir səviyyədədir.

"Fitch"in qiymətləndirməsi QSC-nin neft və neft məhsullarının nəqlində və tranzit əməliyyatlarında mövqeyi də daxil olmaqla, milli iqtisadiyyat üçün strateji əhəmiyyətini əks etdirir.

Xəbər lenti

Xəbər lenti