...

Azərbaycan sahibkarlarının Şimali Qafqaza marağı artır - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2012 16:40 (UTC +04:00)
Azərbaycan sahibkarlarının Şimali Qafqaz regionunda işə marağı daim artır.
Azərbaycan sahibkarlarının Şimali Qafqaza marağı artır - nazir müavini

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan sahibkarlarının Şimali Qafqaz regionunda işə marağı daim artır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Rusiya biznes forumunda çıxışında bildirib.

"Hazırda Azərbaycan sahibkarları Rusiyanın bu regionunda turizm, tikinti, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərirlər", - Səfərov deyib.

Biznes forum zamanı Azərbaycan və Kabardin-Balkarın iş adamları ikitərəfli görüşlər keçiriblər. Görüşlərdə iş adamları biznes və investisiya imkanlarını təqdim edib, habelə ikitərəfli münasibətlərin gələcək inkişafını müzakirə ediblər.

Biznes forumda Rusiya nümayəndə heyətinə Kabardin-Balkar Respublikası Baş nazirinin müavini Kazim Uyanayev başçılıq edib.

Xəbər lenti

Xəbər lenti