...

Azərbaycanın metallurgiya sənayesində istehsalat 10,7 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2012 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir H.Vəliyev/

Yanvar-may aylarının yekunu üzrə Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatları istehsal edən müəssisələr tərəfindən 182,6 milyon manat məbləğində məhsul istehsal edilib və xidmət göstərilib. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Metallurgiya sənayesində istehsalın həcmi 10,7 faiz, hazır metal məmulatlarının istehsal həcmi isə 87 faiz artıb.

Beş ayın yekunları üzrə tökmə çuqun istehsalı 448,6 ton təşkil edib ki, bu da 2011-ci ilin analoji dövr göstəricisindən 3,9 dəfə çoxdur.

Yanvar-may aylarının yekunu üzrə 93,7 min ton tökmə polad, 25,9 min ton polad boru istehsal edilib.

Qara metallardan hazırlanan yarımfabrikatların ixrac həcmi yanvar-aprel aylarının yekunlarına əsasən 54,5 min ton təşkil edib (29 milyon dollardan artıq məbləğdə) ki, bu da 2011-ci ilin analoji göstəricisndən 16,8 faiz (pulla ifadədə 27,8 faiz) çoxdur.

Dörd ayın yekunları üzrə qara metallardan hazırlanan boruların ixracı 13015,7 min ton (12,3 milyon dollardan artıq məbləğdə) təşkil edib ki, bu da 2011-cu ilin müvafiq dövr göstəricisindən 57,8 faiz (pulla ifadədə 61 faiz) azdır.

Xəbər lenti

Xəbər lenti