...

"AtaBank"ın Qurtuluş Gününə həsr olunmuş futbol turniri başa çatdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2012 16:38 (UTC +04:00)
"AtaBank" ASC-nin dəstəyi ilə "AtaHoldinq" Şirkətlər Qrupunun əməkdaşları arasında 15 İyun - Qurtuluş Gününə həsr olunmuş futbol turniri başa çatıb.
"AtaBank"ın Qurtuluş Gününə həsr olunmuş futbol turniri başa çatdı (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

"AtaBank" ASC-nin dəstəyi ilə "AtaHoldinq" Şirkətlər Qrupunun əməkdaşları arasında 15 İyun - Qurtuluş Gününə həsr olunmuş futbol turniri başa çatıb.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, 1-15 iyun tarixlərində Bakı Tennis Akademiyasında keçirilən futbol turnirində "AtaHoldinq" əməkdaşlarından ibarət 12 komanda 4 qrupda iştirak edib. Turnirin qalibi "AtaBank"ın "No name" adlı komandası olub. İkinci yerin sahibi "AtaSığorta" ASC, üçüncü yerin isə "AtaTexnologiya" MMC olub. Bundan əlavə, turnirin ən yaxşı qapıçısı, müdafiəçisi, oyunçusu nominasiyası üzrə qaliblər də müxtəlif hədiyyələr qazanıblar.

Bu, bankın cari il ərzində keçirdiyi sonuncu idman turniri deyil. Belə ki, bank tərəfindən gələcəkdə daha böyük formatda idmanın müxtəlif növləri üzrə də yarışların təşkil edilməsi nəzərdə tutulub. Turnirin keçirilməsi əməkdaşlar arasında kollektivlik ruhunun daha da yüksəldilməsinə, həmçinin, futbola olan marağın artmasına və bu növ turnirlərdə fəal iştirakına güclü təkan verəcək.

Qeyd edək ki, "AtaBank" ASC ölkənin bank sistemində əsas aparıcı banklardan biri sayılır. Hazırda bankın Bakı şəhərində və respublikanın müxtəlif regionlarında 24 filial və şöbəsi fəaliyyət göstərir. Cari ilin may ayının yekunlarına əsasən, bankın xalis aktivləri 233.7 mln. manat, kredit portfeli 149.2 mln. manat, müddətli depozit portfeli 161.4 mln. manat, məcmu kapitalı isə 32.0 mln. manat olub. Bank tərəfindən müxtəlif ictimai-iaşə, xidmət və ticarət obyektlərində quraşdırılmış POS-terminalların sayı 9848 ədəd, bankomatların sayı isə 70 ədəd təşkil edir.

Xəbər lenti

Xəbər lenti