...

Azərbaycanda elektron ticarətin potensialı mövcud həcmləri xeyli üstələyir - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2012 12:10 (UTC +04:00)
Hazırda ölkədə elektron ticarətin aylıq dövriyyəsi iki milyon manat səviyyəsindədir. Əhali arasında əsasən internet vasitəsilə avadanlıq və digər malların alınması, kommunal strukturlar, mobil operatorlar, internet provayderlərin xidmətlərinin ödənişi maraq doğurur
Azərbaycanda elektron ticarətin potensialı mövcud həcmləri xeyli üstələyir - ekspert

Azərbaycan, Şamaxı, 21 iyun /Trend, müxbir A. Axundov/

Azərbaycanda elektron ticarətin aylıq dövriyyəsi yarım milyard manatı ötə bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "GoldenPay" şirkətinin təsisçisi Fərid İsmayılzadə "Nağdsız ödənişlərin həcminin artımı və POS-terminallardan istifadənin genişləndirilməsi" mövzusunda keçirilən seminarda bildirib.

"Hazırda ölkədə elektron ticarətin aylıq dövriyyəsi iki milyon manat səviyyəsindədir. Əhali arasında əsasən internet vasitəsilə avadanlıq və digər malların alınması, kommunal strukturlar, mobil operatorlar, internet provayderlərin xidmətlərinin ödənişi maraq doğurur" , - İsmayılzadə deyib.

Onun sözlərinə görə, bu sahənin inkişafına və elektron ticatərin dövriyyəsinin artımına müəyyən müddətə tətbiq edilən (məsələn, beş il müddətinə. Bu, dünyada geniş tətbiq edilir) vergi tətilləri də yardım edə bilərdi.

"Bundan başqa, bu sahəni tənzimləyən qanunvercilikdə müəyyən boşluqlar var. Biz İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri ilə birlikdə onların aradan qalıdırılması üçün təkliflər hazırlayırıq" , - İsmayılzadə qeyd edib.

Azərbaycan Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayevin sözlərinə görə, dövlət ölkədə elektron ticarətin inkişafı üçün zəruri addımlar atmağa hazırdır.

"Dünyada ümumi dövriyyədə elektron ticarətin xüsusi çəkisi böyükdür, məsələn, Almaniyada o, 76 faiz səviyyəsindədir. Azərbaycanda mövcud göstəricilər aşağıdır, lakin bu sahə inkişaf edir. Bunun üçün vacib olan əhalinin məlumatlandırılması və maarifləndirilməsi məsələləridir", - Musayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti