...

"DəmirBank"ın aktivləri 18 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2012 13:10 (UTC +04:00)
"DəmirBank"ın aktivləri 2012-ci il iyunun 1-nə 372,6 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 57,2 milyon manat və ya 18,1 faiz çoxdur.
"DəmirBank"ın aktivləri 18 faiz artıb

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Azərbaycan bankı "DəmirBank"ın aktivləri 2012-ci il iyunun 1-nə 372,6 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 57,2 milyon manat və ya 18,1 faiz çoxdur.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 38,6 milyon manat və ya 16,3 faiz artaraq 275,4 milyona manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 iyun 2012-ci il tarixinə 143,4 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 iyun 2012-ci il tarixinə 115,7 milyon manat təşkil edib. Bu göstərici hesabat dövrü ilə müqayisədə 26,3 faiz və ya 24,1 milyon manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 iyun 2012-ci il tarixinə 21 milyon manat, məcmu kapitalı isə 52,7 milyon manat olub.

Ölkənin ilk banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti