...

"Unibank"dan hərbçilər və dövlət qulluqçuları üçün güzəştli kreditlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2012 16:31 (UTC +04:00)
"Unibank" dövlət quluqçuları və hərbçiləri istehlak kreditlərin cəlb olunmasında xüsusi güzəştlərdən faydalanmağa dəvət edir.
"Unibank"dan hərbçilər və dövlət qulluqçuları üçün güzəştli kreditlər

Azərbaycan, Bakı, 21 iyun /Trend/

"Unibank" dövlət quluqçuları və hərbçiləri istehlak kreditlərin cəlb olunmasında xüsusi güzəştlərdən faydalanmağa dəvət edir.

İyunun 23-də və 26-da müvafiq olaraq qeyd olunacaq Dövlət qulluqçuları və Milli Ordu günləri ərəfəsində bank bu peşə sahiblərinə nağd kredit və "AL Kart" kredit xətlərini illik 28% faiz dərəcəsi ilə təklif edir.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, yeni kredit aksiyası çərçivəsində 300 manatdan 5000 manata qədər və 3 aydan 2 ilə qədər istehlak kreditləri güzəştli şərtlərlə rəsmiləşdirilir. Bank tərəfindən borcalanların minimal aylıq gəlirlərinə qoyulan tələb 93,5 manat təşkil edir. Bu zaman 2500 manatadək kreditlər "Unibank"ın artıq bütün filiallarında girovsuz və zaminsiz verilir. Bu məbləğdə olan kreditin alınması üçün şəxsiyyət vəsiqəsinin və iş yerindən arayışın təqdim edilməsi kifayətdir. Kreditin maksimal məbləği müştərinin kredit tarixçəsindən, onun tutduğu vəzifədən, iş stajından və aylıq gəlirindən asılı olaraq müəyyən olunur.

İyulun 20-nə kimi davam edəcək bu aksiyanın şərtərindən Azərbaycan Silahlı Qüvvələrinin zabit və gizirləri, eləcə də 70-dən artıq dövlət komitəsi, nazirlik və digər qurumunun əməkdaşları faydalana bilərlər. Bu gündən etibarən bu növ güzəştli kreditlər, Bakı, Xırdalan, Sumqayıt, Şəki, Gəncə, Şəmkir, Quba, Mingəçevir və Lənkəran daxil olmaqla, bankın əhatə etdiyi bütün bölgələrdə təqdim edilir.

Aksiya ilə bağlı ətraflı məlumatı 117 saylı nömrəyə zəng vurmaqla və ya bankın saytından əldə etmək olar: http://unibank.az/az/private-clients/loans/dovletqullugu

Xəbər lenti

Xəbər lenti