...

Azərbaycanda Yaponiya krediti hesabına su təchizatı və kanalizasiya sistemlərinin bərpası üçün tender elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2012 16:25 (UTC +04:00)
"Azərsu" ASC Bərdə şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edib.
Azərbaycanda Yaponiya krediti hesabına su təchizatı və kanalizasiya sistemlərinin bərpası üçün tender elan edilib

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Ə.Həsənov/

"Azərsu" ASC Bərdə şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edib.

ASC-nin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Bərdənin su təchizatı sisteminin yaxşılaşdırılması üçün suötürücü qurğu, su kəməri, su anbarı, uzunluğu 105 kilometr olan supaylayıcı şəbəkə, ev birləşmələri və hidrantın tikintisi nəzərdə tutulub.

Bərdənin kanalizasiya şəbəkəsinin bərpa edilməsi məqsədilə isə uzunluğu 97 kilometr olan kanalizasiya şəbəkəsi və magistral kollektor, mikrotunel, ev birləşmələri, inzibati bina, anbar, qaraj, emalatxana və s. tikintisi planlaşdırılır.

Tender Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində elan edilib.

Tenderdə iştirak haqqı 150 manat və ya 200 dollar təşkil edir.

Tenderdə iştirak etmək üçün müvafiq sənədlər 2012-ci il avqustun 6-dək aşağıdakı ünvan üzrə "Azərsu" ASC-yə təqdim edilməlidir: Bakı şəhəri, Moskva prospekti, 67.

Əlaqələndirici şəxs: İlqar Tağıyev; telefon: +994 12 431 4767 (1033); faks: +99 430 2911

Xəbər lenti

Xəbər lenti