...

DəmirBank-ın saytında BillPay onlayn ödənişləri üzrə 4 qalib müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2012 14:39 (UTC +04:00)
DəmirBank-ın saytında BillPay onlayn ödənişləri üzrə lotereyanın 1-ci tirajı keçirilib. Qaliblərə e-mail ilə nəticələr barədə məlumat verilib.
DəmirBank-ın saytında BillPay onlayn ödənişləri üzrə 4 qalib müəyyən olunub

Azərbaycan, Bakı, 22 iyun /Trend/

DəmirBank-ın saytında BillPay onlayn ödənişləri üzrə lotereyanın 1-ci tirajı keçirilib. Qaliblərə e-mail ilə nəticələr barədə məlumat verilib.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, şərtlərə əsasən, BillPay sistemi ilə onlayn ödəniş edənlər toplanan bonuslardan istifadə edərək lotereyada iştirak ediblər. Lotereyada 1 ədəd HP mininotu, 1 ədəd Canon fotoaparatı, 1 ədəd parfüm və 1 ədəd məişət texnikası mağazasından 100 manatlıq kuponlar oynanılıb.

Lotereyanın ikinci tirajı 21 dekabr 2012-ci il tarixində keçiriləcək. 1-ci tirajda bonuslarını istifadə etməyən müştərilər növbəti tirajda iştirak şansları əldə edə bilərlər.

Plastik kart sahibləri BillPay onlayn ödəniş xidməti vasitəsilə https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, internet-provayder və kabel TV xidmətlərinin onlayn ödənişini həyata keçirə bilər. Ödənilən hər 1 manat üçün istifadəçi 100 bonus xalı əldə edir. Lotereyada iştirak etmək istəyənlər şanslarını özləri müəyyən edir. Belə ki, HP mininotu üçün 1500, Canon fotoaparatı üçün 400, kuponlar üçün isə 200 bonus xalı tələb olunur.

Xəbər lenti

Xəbər lenti