...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2012 12:12 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78574 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

11 iyun

0,7858

18 iyun

0,7851

12 iyun

0,7858

19 iyun

0,7858

13 iyun

0,7858

20 iyun

0,7857

14 iyun

0,7858

21 iyun

0,7857

15 iyun

-

22 iyun

0,7857

Həftə ərzində orta

0,7858

Həftə ərzində orta

0,78574

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə üzrə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78506 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyunun 18-20-də sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7851 AZN/USD səviyyəsində qalıb; iyunun 21-də 0,7850 AZN/USD məzənnə ilə $0,670 mln.; iyunun 22-də sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7850 AZN/USD səviyyəsində qalıb.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

11 iyun

0,7851

18 iyun

0,7851

12 iyun

0,7851

19 iyun

0,7851

13 iyun

0,7851

20 iyun

0,7851

14 iyun

0,7851

21 iyun

0,7850

15 iyun

-

22 iyun

0,7850

Həftə ərzində orta

0,7851

Həftə ərzində orta

0,78506

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti