...

Aİ-də böhran Azərbaycanla assosiativ saziş lə bağlı danışıqlara təsir etmir - XİN

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2012 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend, müxbir A.Axundov /

Avropa İttifaqının bəzi ölkələrində yaranmış böhranlı vəziyyət Azərbaycanla assosiativ sazişlə bağlı danışıqların gedişinə təsir edə bilməz. Bu barədə bazar ertəsi Trend-ə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Assosiativ üzvlüklə bağlı danışıqlara 2010-cu ilin iyulunda başlanılıb.

Aİ Cənubi Qafqaz ölkələrinin hər biri ilə ayrı-ayrılıqda saziş bağlamağı nəzərdə tutur və onun məzmunu Aİ ilə əməkdaşlığın dərinliyindən asılı olacaq. Bununla yanaşı, Aİ ölkələri ilə viza rejiminin sadələşdirilməsi üzrə ayrı-ayrılıqda sazişlərin imzalanacağı da ehtimal edilir.

Assosiativ sazişə dörd istiqamət - siyasi dialoq, eləcə də təhlükəsizlik, ədliyyə və insane haqlarının müdafiəsi, iqtisadi və social-humanitar məsələlər, ticarət daxildir.

Nazir müavininin sözlərinə görə, Avropadakı maliyyə-iqtisadi böhranı ÜTT-yə daxil olmaq prosesinə də təsir edə bilməz.

"Azərbaycanın ÜTT-yə daxil olması ilə Aİ-nin bəzi ölkələrindəki böhran arasında heç bir əlaqə görmürəm. ÜTT Aİ-nin təşkilatı deyil, bu, ümumdünya, qlobal təşkilatdır. Misal üşün, Rusiya artıq təşkilata üzv olub və Qazaxıstan bu ilin sonlarında daxil olmalıdır", - Azərbaycanın ÜTT-yə daxil olması üzrə danışıqlar qrupunun rəhbəri Məmmədquliyev deyib.

G20 liderlərinin iyunun əvvəlində Meksikanın Los-Kabos şəhərində qəbul etdiklər yekun kommunikedə Avropada borc böhranının nizamlanması üçün Avropanın maliyyə sisteminin daha da birləşdirilməsinə kömək edəcək konkret tədbirlər sırasında bank nəzarəti, sanasiya, yenidən kapitallaşma, depozitlərin sığortalanması qeyd olunur.

Avropanın birləşmənin gücləndirilməsi, tam dəyərli iqtisadi, büdcə və hətta siyasi ittifaqın yaradılması yolu ilə getməsi lazım gələcək. İnkişaf etmiş və inkişaf edən ölkələr üçün ümumi tədbir proteksionizmdən imtina olacaq: G20 liderləri ticarətə və investisiyalara təsir edən tədbirlərin görülməsinə moratoriumu 2014-cü ilədək uzatmağa razılıq veriblər.

2011-ci ildə Avrozonanın 17 ölkəsinin dövlət borcu bir il əvvəl ÜDM-in 85,3 faiz həcmindən 82,5 faizədək artıb, Aİ-nin 27 ölkəsinin dövlət borcu Maastrixt sazişinin yol verdiyi ÜDM-in 60 faizindən 80 faizədək artıb. Yunanıstanın dövlət borcu ÜDM-in 165,3 faizini, İtaliyanın dövlət borcu ÜDM-in 120,1 faizini, İrlandiyanın 108,2 faizini, Portuqaliyanın dövlət borcu ÜDM-in 107,8 fazini təşkil edib.

Xəbər lenti

Xəbər lenti