...

Kapital Bankın əməkdaşlarına töhmət verilib və xəbərdarlıq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2012 15:24 (UTC +04:00)
Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində qarşıya çıxa biləcək hər hansı neqativ halların qarşısının alınması məqsədilə Kapital Bank tərəfindən müvafiq tədbirlər görülür.
Kapital Bankın əməkdaşlarına töhmət verilib və xəbərdarlıq edilib

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində qarşıya çıxa biləcək hər hansı neqativ halların qarşısının alınması məqsədilə Kapital Bank tərəfindən müvafiq tədbirlər görülür.

Bankın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu məqsədlə bankın baş ofisində yaradılmış "Qaynar xətt"ə daxil olan müraciətlərlə yanaşı, vətəndaşların bu proses üzrə aidiyyəti dövlət qurumlarına müraciətləri də diqqətlə araşdırılır. Narahatlığa səbəb olan məqamların dərhal aradan qaldırılması üçün lazımi addımlar atılır.

İndiyə qədər bu mövzuda daxil olmuş müraciətlər üzrə aparılmış araşdırmaların nəticələri ilə bağlı bankın İdarə Heyətinin toplantısı keçirilib. Araşdırmalar nəticəsində, vətəndaşlarla ünsiyyət zamanı bankın korporativ normalarını, vəzifə öhdəliklərini pozduqlarına görə bankın 2 əməkdaşına töhmət verilib, 3 əməkdaşa xəbərdarlıq edilib. Bu sahədə hər hansı nöqsanlara yol veriləcəyi təqdirdə, nöqsanlara görə məsuliyyət daşıyan işçilər haqqında gələcəkdə daha ciddi intizam tədbirlərinin görüləcəyi diqqətə çatdırılıb.

Kapital Bank xidmət məntəqələrinə müraciət edən vətəndaşlardan üzləşdikləri hər hansı pozuntu faktı ilə bağlı dərhal məlumat vermələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti