...

Azərbaycanda nağd pul kütləsi il ərzində 34 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2012 20:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir A.Axundov/

2012-ci ilin yanvar-aprel aylarında dövriyyədə olan pul kütləsi (dövriyyədəki nağd pulların (banklardan kənarda) və maliyyə təşkilatlarının (kredit təşkilatlarından başqa) və fiziki şəxslərin hesablarındakı milli valyuta vəsaitləri qalıqlarının) (M2) 2011-ci ilin analoji dövrü ilə müqayisədə 37 faiz artıb, 2012-ci il mart 1-nə nisbətən isə 0,54 faiz azalıb.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında bildirilir.

Belə ki, 2012-ci il mayın 1-nə olan vəziyyətə görə, M2 göstəricisi 11202,4 milyon manat təşkil edib. 2011-ci il mayın 1-nə bu rəqəm 8176,4 milyon manat, 2012-ci ilin aprelin əvvəlinə isə 11263,4 milyon manat olub.

2012-ci il mayın 1-nə olan vəziyyətə görə, nağd pul kütləsi göstəricisi (M0) 7312,8 milyon manat təşkil edib. 2011-ci il mayın 1-də bu rəqəm 5457,8 milyon manat, 2012-ci il aprelin 1-də isə 7241,3 milyon manat olub.

2012-ci il mayın əvvəlinə olan vəziyyətə görə, genişlənmiş pul kütləsi (Broad Money Supply (M3) 14346,2 milyon manat təşkil edib. 2011-ci il mayın əvvəlində bu rəqəm 14319,49 milyon manat, 2012-ci il aprelin əvvəlində isə 10760,6 milyon manat təşkil edib.

2012-ci il mayın əvvəlinə olan vəziyyətə görə, sövdələşmələr üçün məbləğlər (transaction money (M1) 8972,4 milyon manat təşkil edib. 2011-ci il mayın əvvəlində bu rəqəm 6660,4 milyon manat, 2012-ci il aprelin əvvəlində isə 8996,9 milyon manat olub.

Xəbər lenti

Xəbər lenti