...

"Bank of Baku" Bolkartın 20 000-ci qalibini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2012 16:45 (UTC +04:00)
Azərbaycan bankı "Bank of Baku"nun populyar kredit kartlarından olan Bolkartın 20 000-ci sahibi müəyyənləşib.
"Bank of Baku" Bolkartın 20 000-ci qalibini müəyyənləşdirib

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan bankı "Bank of Baku"nun populyar kredit kartlarından olan Bolkartın 20 000-ci sahibi müəyyənləşib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın yaydığı məlumatda deyilir.

Sayca 20 000-ci Bolkart kredit kartı Bakı şəhər sakini Nərgiz Abduləzizovaya təqdim edilib. Əlamətdar say münasibətilə "Bank of Baku" Nərgiz Abduləzizovaya həmçinin pul mükafatı qismində 1000 manat hədiyyə edib. Nərgiz Abduləzizova pul mükafatının və kredit kartının ona təqdim edilməsi tədbirində "Bank of Baku"ya xüsusi təşəkkür edib. Üç ilə yaxındır ki, bankın müştərisi olan mükafatçı belə bir hədiyyəninin onun üçün çox gözlənilməz olduğunu da etiraf edib.

"Həm Bolkart əldə etmək, həm də əlavə olaraq 1000 manatlıq mükafat almaq həqiqətən də "Bank of Baku"ya layiq bir hədiyyədir. Təmənnasız pul mükafatı bankın öz müştərilərinə münasibətinin ən bariz göstəricisidir. Ona görə də mən vaxtı ilə ilk kreditmi alarkən məhz "Bank of Baku"ya üz tutduğuma görə indi tam düzgün qərar verdiyimə bir daha əmin oluram", - Nərgiz Abduləzizova deyib.

Kart sahibi Bolkartı gündəlik məhsul və xidmətlərdən istifadə etmək üçün əldə etdiyini deyib. Onun sözlərinə görə, Bolkartla alınan malın dəyərini bölüb 12 aya kimi ödəmək imkanını Azərbaycanda yalnız "Bank of Baku" verir və bu, ölkədə ilk bu cür təcrübədir.

Ötən ilin sonu kütləvi dövriyyəyə buraxılan Bolkart cəmi bir neçə ay ərzində sıravi vətəndaşlar arasında böyük populyarlıq qazanaraq 20 000 rəqəminə çatıb.

Bolkart tamamilə pulsuz, limiti bərpa olunan bir kredit kartıdır. Bu gün Bolkartla ölkəmizin 300-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür.

Bolkartdan "Bank of Baku" ilə tərəfdaş olan tanınmış geyim, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür. Lakin Bolkartla yalnız alış-veriş etmək deyil, kartda olan vəsaiti nağdlaşdırmaq da olar. İndi minlərlə vətəndaş bayram və xüsusi günlərdə nağd pula olan tələbatını məhz Bolkartla təmin edir.

Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də "Bank of Baku"nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar. Bankın təkrar müştəriləri və bir çox təşkilatın işçiləri Bolkartı arayışsız sifariş edə bilərlər.

Bolkartın faydaları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart və ya https://twitter.com/#!/bankofbaku sosial şəbəkələrinə baş çəkmək mümkündür.

Xəbər lenti

Xəbər lenti