...

Azərbaycanda yol layihəsi üzrə kredit sazişi yayda imzalanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2012 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda yol layihələri (Road Network Development Program) üçün multitranş paketin (Multitranche Financing Facility - MFF) üçüncü tranşı çərçivəsində Asiya İnkişaf Bankı (AİB) ilə kredit sazişinin imzalanması iyulda gözlənilir. Bu barədə çərşənbə günü Trend-ə Nəqliyyat Nazirliyindəki mənbə bildirib.

Üçüncü tranş ötən il 200 milyon dollar həcmində təsdiq edilib. Bu vəsaitlər Masallı-Astara dördzolaqlı sürət magistralının tikintisinin davam etdirilməsinə yönəldiləcək.

"Tərəflər arasında bütün məsələlər razılaşdırılıb. Buna görə də saziş artıq gələn ay imzalana bilər", - mənbə qeyd edib.

Xəbər lenti

Xəbər lenti