...

Azərbaycan bankı DəmirBank-ın müştəriləri lotereyada növbəti ayın kredit ödənişini qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2012 12:29 (UTC +04:00)
DəmirBank-ın istehlak kreditləri üzrə "Kreditini hədiyyə qazan" şüarı ilə keçirdiyi lotereyada 5 müştəri qalib olub.
Azərbaycan bankı DəmirBank-ın müştəriləri lotereyada növbəti ayın kredit ödənişini qazanıb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

DəmirBank-ın istehlak kreditləri üzrə "Kreditini hədiyyə qazan" şüarı ilə keçirdiyi lotereyada 5 müştəri qalib olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın yaydığı məlumatda deyilir.

Kampaniya ərzində hər ay 5 müştəri növbəti ayın kredit ödənişini (hər biri maksimum 500 AZN), lotereyanın sonunda isə 1 müştəri kredit üzrə tam qalıq borcunu (maksimum 5000 AZN) qazanacaq. Kampaniyanın növbəti tirajı 23 iyul 2012-ci il tarixində keçiriləcək.

Şərtlərə əsasən DəmirBank-dan aşağıda qeyd edilən istehlak kreditləri üzrə maksimum 5000 AZN (və ya 6300 USD) kredit götürən və son 2 ayda ödənişlərdə gecikməsi olmayan müştərilər uduş kampaniyasında iştirak hüququ qazanır.

Kampaniyada "Nağd pul krediti", "Dövlət işçilərinə kredit", "Dövlət qulluqçularına kredit", "Təqaüdçü krediti", "Səhiyyə işçilərinə kredit", "Təhsil işçilərinə kredit", "Təhsil krediti", "Məişət texnikası / kompüter krediti", "Mebel krediti", "Qızılla kredit", "Təmir krediti" və ya "Turizm krediti" götürən müştərilər iştirak edir.

Daha ətraflı məlumat üçün www.demirbank.az saytına və www.facebook.com/demirbank.az səhifəsinə daxil olmaq, eləcə də Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Xəbər lenti

Xəbər lenti