...

Türkiyə Azərbaycan banklarının ölkənin iqtisadiyyatına daxil olmasında maraqlıdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2012 17:52 (UTC +04:00)
Türkiyə Azərbaycan banklarının ölkənin bank bazarında fəaliyyətinin genişləndirilməsində maraqlıdır. Bu barədə çərşənbə günü Trend-ə müsahibəsində Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Azərbaycan banklarının ölkənin bank bazarında fəaliyyətinin genişləndirilməsində maraqlıdır. Bu barədə çərşənbə günü Trend-ə müsahibəsində Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.

"Azərbaycan banklarının Türkiyə bazarında aktiv iştirakı bizi çox sevindirir", - Çağlayan qeyd edib.

Onun sözlərinə görə, tezliklə Türkiyədə Azərbaycan bankı "Texnikabank"ın filialı (2011-ci ilin dekabrında bu bankın İstanbulda nümayəndəliyi açılıb) açılacaq. Bunun ardından Azərbaycan Beynəlxalq Bankının filialının açılması gözlənilir.

"Bu faktlar Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlıqda hansı uğurlar əldə etdiyini sübut edir", - nazir deyib.

O vurğulayıb ki, Azərbaycanda 1992-ci ildən Türkiyə kapitalı ilə banklar işləyir. Bunlar "Azer-Turk" ("Ziraat" dövlət bankı ilə həmtəsisdə), "Yapı Kredi Bank Azerbaijan" (Türkiyənin "Yapı Kredi Bankası"nın törəməsi) və Azərbaycan Sənaye Bankıdır ("Azersun Holding" tərəfindən təsis edilib). Nazirin fikrincə, bu banklar Azərbaycanın bank sektoru və iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə veriblər.

"Türkiyə və Azərbaycanın bank sektorunun əməkdaşlığı iki ölkənin iqtisadi münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək və ümid edirik ki, Azərbaycan bankları Türkiyənin bank bazarına aktiv daxil olacaqlar", - Çağlayan bildirib.

Xəbər lenti

Xəbər lenti