...

“NBC Bank” biznes kreditlərində yeni şərtlər təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 11:12 (UTC +04:00)
“NBC Bank” biznes kreditlərində yeni şərtlər təqdim edir.
“NBC Bank” biznes kreditlərində yeni şərtlər təqdim edir

Azərbaycan, Bakı, 28 iyun /Trend/

"NBC Bank" biznes kreditlərində yeni şərtlər təqdim edir. Bu barədə Trend-ə bankdan bildirilib.

Bank iş adamlarını kiçik və orta biznez kreditlərindən yararlanmağa dəvət edir.

Belə ki, kiçik biznes kreditləri üçün maksimal məbləğ 10 000 (AZN USD, AVRO) təşkil edir.

Burada 5 000-ə qədər olan kreditlər girovsuz, 7 500-ə qədər olan kreditlər isə müsbət kredit tarixçəsi olan müştərilər üçün girovsuz təqdim olunur.

Bununla yanaşı bankın təkrar müştərilərinə ekskluziv olaraq 24 ay müddətinə 10 000-ə qədər kreditlər də 15.8-18.2 faizlə girovsuz verilir.

Orta biznez kreditlərinin məbləği isə 10 001-500 000 (AZN, USD, AVRO) təşkil edir. Kredit girov əsasında, 36 ay müddətinə, illik 10-15.8 faizlə verilir.

Girovlu kiçik və orta biznes kreditləri üçün üçüncü şəxslərin zəmanəti şərt deyildir.

Girovsuz biznes kreditləri üçün əlavə təminat qismində iş yerindən arayış tələb olunmaqla və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir zamin mütləqdir.

Qeyd etmək istərdik ki, NBC Bank tərəfindən təqdim olunan kiçik və orta biznes kreditləri ticarət, xidmət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, tikinti və emal sahələrində fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulmuşdur.

Biz iş adamlarını sərfəli biznes kreditlərindən faydalanmaq üçün Bakıda fəaliyyət göstərən 6 və regionlarda fəaliyyət göstərən 4 filialımıza dəvət edirik.

Xəbər lenti

Xəbər lenti