...

Rusiya-Azərbaycan regionlararası forumu çəçivəsində iki saziş imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 13:49 (UTC +04:00)
Bakıda keçirilən "Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində iki saziş imzalanıb.
Rusiya-Azərbaycan regionlararası forumu çəçivəsində iki saziş imzalanıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda keçirilən "Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində iki saziş imzalanıb.

Trend-in məlumatına görə, Kransodar vilayətində "Mətanət-A" zavodunun tikintisi üzrə investisiya sazişinin reallaşdırılması çərçivəsində "Aqasa" şirkətinə rəsmi diler səlahiyyətinin verilməsinə dair saziş imzalanıb. Sənədi "Mətanət-A" şirkətinin (tikinti materiallarının istehsalçısı) prezidenti Elxan Bəşirov və "Aqasa" şirkətinin direktoru Georgi Aqafonov imzalayıblar.

Həmçinin, Sankt-Peterburq Dövlət İqtisad və Maliyyə Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Rusiya ali məktəbinin rektoru İqor Maksimsev və Azərbaycan universitetininn rektoru Şəmsəddin Hacıyev imzalayıblar.

Xəbər lenti

Xəbər lenti