...

Azərbaycan bankı “DəmirBank” pul köçürmələri aksiyasının müddətini uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 14:20 (UTC +04:00)
"DəmirBank" təcili pul köçürmə xidmətləri üzrə "Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə" kampaniyasının müddətini 1 iyun 2013-cü il tarixinədək uzadıb.
Azərbaycan bankı “DəmirBank” pul köçürmələri  aksiyasının müddətini uzadıb

Azərbaycan, Bakı, 28 iyun /Trend/

"DəmirBank" təcili pul köçürmə xidmətləri üzrə "Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə" kampaniyasının müddətini 1 iyun 2013-cü il tarixinədək uzadıb. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Aksiyanın şərtlərinə əsasən bankın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

DəmirBank-da Western Union sistemi ilə köçürmə edən müştərilər həmçinin "Heyrətləndirici dünya" kampaniyasında iştirak edir. Kampaniyanın ilk tirajı 12 iyul 2012-ci il tarixində keçiriləcək. Lotereya nəticəsində 5 müştəri seçdiyi xarici ölkəyə səyahət paketi qazanacaq.

DəmirBank əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Bıstraya Poçta, Contact, Zolotaya Korona, Coinstar, Blizko, Lider, Migom, Allure, UPT, PrivatMoney sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. DəmirBank özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri də göstərir.

Bankın təcili pul köçürmə xidmətləri və keçirilən kampaniyalar barədə Bankın www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti