...

Azərbaycan və Portuqaliya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2012 02:54 (UTC +04:00)
Nəqliyyat nazirliyində cümə axşamı Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Sakadura Cabral Portas ilə görüş keçirilib.
Azərbaycan və Portuqaliya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirəcəklər

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Nəqliyyat nazirliyində cümə axşamı Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Sakadura Cabral Portas ilə görüş keçirilib.

Trend-in Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Nəqliyyat naziri cənab Ziya Məmmədov son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yol-nəqliyyat strukturunda aparılan islahatlardan, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb.

Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb, həmçinin qeyd edib ki, Azərbaycan keyfiyyətli və müasir standartlara cavab verən səviyyədə layihələr reallaşdıran şirkətlərin hər biri ilə əməkdaşlığa hazırdır..

Öz növbəsində Portas ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayıb, münasibətlərimizin daha da möhkəmləndirilməsində hər iki ölkənin maraqlı olduğunu bildirib. Tərəflər bu mövzuda qarşılıqlı fikir mübadiləsi aparıblar, Portuqaliya Respublikası ilə Azərbaycan Respublikası arasında nəqliyyat sahəsində əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyi barədə razılığa gəliblər.

Görüşdə Portuqaliya Respublikasının Türkiyədəki səfiri, Portuqaliyanın Dövlət və Xarici İşlər Nazirliyinin Avropa Məsələləri üzrə İdarəsinin Baş direktoru, müşavirlər, eləcə də bu ölkənin Azərbaycandakı Fəxri Konsulu iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti