...

Xəzər gəmiçiliyi yeni gəmilərin alınmasını planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2012 15:48 (UTC +04:00)
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) iki yeni bərəsi sentyabrda Bakıya gələcək.
Xəzər gəmiçiliyi yeni gəmilərin alınmasını planlaşdırır

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) iki yeni bərəsi sentyabrda Bakıya gələcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü DXDG-nin rəhbəri Aydın Bəşirov Xəzər gəmiçilik işçilərinin peşəkar bayramına həsr edilmiş yığıncaqda bildirib.

Onun sözlərinə görə, "Bərdə" və "Balakən" bərələri Xoravatiyanın Pula limanından müvafiq olaraq, mayın 10-u və iyunun 15-də suya buraxılıb. Hazırda onların tikintisi sona çatdırılır.

"Bərələr əvvəlkilərdən imkanlarına görə fərqlənir, onların tutumu 54 vaqona çatdırılıb", - Bəşirov deyib. O, əlavə edib ki, DXDG donanmanın yenilənməsini davam etdirir.

"Biz artıq 4-5 ildir ki, donanmanın yenilənməsini gerçəkləşdiririk və onu gələcəkdə də davam etdirəcəyik. Gələn il yeni tankerlər və quru yük daşıyan gəmilərin alınması, habelə texniki gəmilərin təzələnməsi üzrə planlar mövcuddur. Hazırda bu məsələ Maliyyə, İqtisadi İnkişaf və Nəqliyyat nazirlikləri tərəfindən nəzərdən keçirilir", - Bəşirov qeyd edib.

Xəbər lenti

Xəbər lenti