...

Hesablama Palatası "Azərsu" ASC-yə ayrılan vəsaitlərin istifadəsini yoxlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2012 15:55 (UTC +04:00)
Azərbaycanın Hesablama Palatasının Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan 2011-ci il və 2012-ci ilin birinci yarısında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramı təsdiq edilib.
Hesablama Palatası "Azərsu" ASC-yə ayrılan vəsaitlərin istifadəsini yoxlayır

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanın Hesablama Palatasının Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan 2011-ci il və 2012-ci ilin birinci yarısında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramı təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Palatanın yaydığı məlumatda deyilir.

İclasda, həmçinin, "Azərelektrikşəbəkətikinti" ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair Audit proqramı, habelə "Dünya Bankından kredit vəsaiti cəlb edilməklə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən "Sosial müdafiənin inkişafı" layihəsinin cari icra vəziyyətinə dair Analitik təhlil proqramı təsdiq edilib.

Bundan başqa, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üzrə Şəki rayonunda Vərəzəd və Zəyzid kəndlərini birləşdirən yolda körpünün yenidən qurulmasına, Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Zaqatala və Qax Yol İstismar idarələrinə yolların saxlanılması üçün ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri üzrə Hesabat və Rəy müzakirə olunaraq təsdiq edilib, auditin nəticələri barədə Milli Məclisə məlumatın verilməsi barədə qərar qəbul edilib.

Kollegiya iclasında Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə Kollegiya qərarlarının icra vəziyyəti də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti