...

Bakı-Tbilisi-Qars yeni dəmir yol xətti layihəsi 2013-cü ildə başa çatacaq-nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2012 15:26 (UTC +04:00)
Bakı-Tbilisi-Qars yeni dəmir yol xətti layihəsinin reallaşdırılmasının 2013-cü ildə başa çatdırılması planlaşdırılır.
Bakı-Tbilisi-Qars yeni dəmir yol xətti layihəsi 2013-cü ildə başa çatacaq-nazir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir E.İsmayılov/

Bakı-Tbilisi-Qars yeni dəmir yol xətti layihəsinin reallaşdırılmasının 2013-cü ildə başa çatdırılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Gürcüstanın regional inkişaf və infrastrukturlar naziri Ramaz Nikolaşvili bildirib.
"2012-ci ilin sonunadək Türkiyə sərhəddinədək texniki qatarın buraxılması planlaşdırılır", - nazir deyib.

Həmçinin Nikolaşvili bu layihənin Çindən və Mərkəzi Asiyadan yüklərin daşınması baxımından vacibliyini qeyd edib. Bu yeni layihə hər il 15 milyon tonadək müxtəlif yüklərin nəqlinə imkan verəcək.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun bildirdiyi kimi, layihə çərçivəsində işlər qrafikə uyğun aparılır və onun reallaşdırılmasında heç bir problem yoxdur.

Çərşənbə gün Bakıda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tikintisi layihəsinin üçtərəfli Əlaqələndirmə Şurasının dördüncü iclasıkeçirilib.

Xəbər lenti

Xəbər lenti