...

Azərbaycanda ilk özəl kredit bürosunun potensial səhmdarlarının görüşünün vaxtı dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2012 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust/Trend, müxbir Ə. Həsənov/

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda ilk özəl kredit bürosonun yaradılması prosesində iştirak üçün banklar tərəfindən ərizələrin verilmə tarixini iyulun 31-dən avqustun 2-dək uzadıb. Bu barədə Trend-ə IFC-nin Mərkəzi Asiya və Azərbaycanda maliyyə infrastrukturunun möhkəmləndirilməsi üzrə layihənin koordinatoru Teymur Eybatov bildirib.

"Büronun potensial səhmdarlarının dairəsi formalaşdırıldıqdan sonra qarşılıqlı memorandumun imzalanması gözlənilir", - Eybatov deyib.

O deyib ki, kredit bürosunun yaradılmasında iştirak etmək istəyən bankların heç də hamısının korporasiyaya vaxtında bildiriş göndərə bilmədiklərinə görə tarix dəyişdirilib.

"Avqustun 6-da ilk yığıncaq keçiriləcək və biz memorandumun layihəsini ilk özəl kredit bürosunun səhmdarı olmaq istəyini bildirən banklara təhvil verəcəyik", - Eybatov qeyd edib.

Bundan əvvəl mövcud görüş avqustun 5-nə planlaşdırılmışdı.

Potensial səhmdarların görüşündə, həmçinin qanunvericilik məsələlərin müzakirəsi planlaşdırılır. Özəl kredit bürolarının fəaliyyətini tənzimləyən qanun layihəsinin işlənib hazırlanmasını oktyabrın sonunda başa çatdırmaq nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti