...

Gələn həftə Bakıda türkdilli ölkələrin Nəqliyyatın inkişafı üzrə İşçi Qrupunun iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2012 18:38 (UTC +04:00)
Avqustun 13-14-də Bakıda Türkdilli ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində yaradılmış Nəqliyyatın inkişafı üzrə İşçi Qrupunun iclası keçiriləcək.
Gələn həftə Bakıda türkdilli ölkələrin Nəqliyyatın inkişafı üzrə İşçi Qrupunun iclası keçiriləcək

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Avqustun 13-14-də Bakıda Türkdilli ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində yaradılmış Nəqliyyatın inkişafı üzrə İşçi Qrupunun iclası keçiriləcək.

Trend Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iştirakçı ölkələrin nəqliyyat strukturundakı vəziyyət, həyata keçirilmiş layihələr, qarşıda duran vəzifələr barəsində fikir mübadiləsinin aparılacağı gözlənilən iclasda Nəqliyyat Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nümayəndələri də iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti