...

Azərbaycanda iyul ayında yükdaşıma tarifləri 3,7 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2012 15:30 (UTC +04:00)
2012-ci ilin iyul ayında Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 2,1 faiz azalıb, yükdaşıma tarifləri isə 3,7 faiz artıb.
Azərbaycanda iyul ayında yükdaşıma tarifləri 3,7 faiz artıb

Azərbaycan, Bakı, 9 avqust /Trend/

2012-ci ilin iyul ayında Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 2,1 faiz azalıb, yükdaşıma tarifləri isə 3,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 0,3 faiz ucuzlaşıb, yerli əlaqə üzrə 34,1 faiz, idxal üzrə 4,8 faiz bahalaşıb.

Sərnişindaşıma tarifləri beynəlxalq əlaqə üzrə 1,8 faiz bahalaşıb.

Dəniz nəqliyyatı vasitəsilə digər xarici ölkələrə yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşıb, MDB ölkələrinə isə 0,9 faiz bahalaşıb.

Hava nəqliyyatında digər xarici ölkələrə sərnişindaşıma tarifləri 5,5 faiz, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə uyğun olaraq 0,6 faiz və 4,6 faiz ucuzlaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 5,6 faiz bahalaşıb.

Xəbər lenti

Xəbər lenti