...

Dünya Bankı Azərbaycan üzrə yeni meneceri seçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2012 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Ə.Həsənov/

Dünya Bankı (DB) Azərbaycan üzrə yeni menecerin namizədliyini müəyyənləşdirib və yaxın vaxtlarda onu ölkə hökumətinə təqdim edəcək. Bu barədə Trend-ə cümə axşamı DB-nin Bakı nümayəndəliyindən bildiriblər.

Qeyd olunub ki, bankın ölkədə yeni nümayəndəsinin namizədliyi artıq hökumət tərəfindən bəyənilib.

"Biz Azərbaycan hökumətinə bildiriş göndərmişik və bankın prosedurlarına əsasən, əgər 48 saat ərzində mövcud namizədliyin arzuolunmazlığı barədə məlumat daxil olmasa, o, avtomatik olaraq hökumət tərəfindən bəyənilmiş hesab edilir. Və biz onu rəsmən təsdiq edəcəyik", - nümayəndəlikdən deyiblər.

Nümayəndəlikdən vurğulayıblar ki, müvafiq bildiriş həftənin əvvəlində hökumətə göndərilib. Bank yeni menecerin adını onun ölkə hökumətinə təqdim edilməsinə qədər açıqlamaqdan imtina edib.

DB-nin Azərbaycandakı sabiq nümayəndəsi Cozef Ouenin səlahiyyət müddəti iyulun sonunda başa çatıb.

Ölkə üzrə menecerin səlahiyyət müddəti üç ilə nəzərdə tutulub, lakin dördüncü il müddətinə də uzadıla bilər.

Xəbər lenti

Xəbər lenti