...

Azərbaycanda ilin I yarısında broker və diler fəaliyyəti üzrə 6 lisenziya yenilənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2012 20:48 (UTC +04:00)
2012-ci ilin birinci yarısında Azərbaycanda broker fəaliyyəti üzrə lisenziya müddətinin bitməsi ilə əlaqədar 2 lisenziya, diler fəaliyyəti üzrə lisenziya müddətinin bitməsi ilə əlaqədar isə 4 lisenziya yenilənib.
Azərbaycanda ilin I yarısında broker və diler fəaliyyəti üzrə 6 lisenziya yenilənib

Azərbaycan, Bakı, 9 avqust /Trend/

2012-ci ilin birinci yarısında Azərbaycanda broker fəaliyyəti üzrə lisenziya müddətinin bitməsi ilə əlaqədar 2 lisenziya, diler fəaliyyəti üzrə lisenziya müddətinin bitməsi ilə əlaqədar isə 4 lisenziya yenilənib. Trend-in məlumatına görə, bu barədə QKDK-nın 2012-ci ilin I yarısı üzrə fəaliyyət hesabatında deyilir.

Hesabat dövründə peşəkar fəaliyyət ilə məşğul olan şəxslərə 5 fəaliyyət üzrə 12 ixtisas şəhadətnaməsi verilib.

2012-ci ilin ilk yarısının nəticələrinə əsasən, peşəkar fəaliyyətlə məşğul olmaq üçün 34 lisenziya qüvvədə olub.

Xəbər lenti

Xəbər lenti